İnsan resursları — anlayışı, günümüzdə müəssisənin – məmul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan insanı əhatə edir. İnsan istehsal prossesinin həm ayrılmaz bir hissəsidir həm də ki, eyni zamanda istehsalın hədəfidir. İnsan resursları termini təşkilat daxili və xaricdən potensial olaraq yararlanabiləcək bütün işçi qüvvəsini, bir sözlə yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edir.

İnsan resurslarının idarə edilməsi iş yerində insana yönəlmiş bütün işləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri koordinə edir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüssisiyəti  insanı əsas tutmasıdır. Lakin bu, təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.

İnsan resursları menecmentinin rolu HRM komandası idarəetmə komandasına insanları idarəetməyin strateji yollarını məsləhət görür. Bunlara rekrutment, işə qəbul, kordinasiya, təlim və inkişaf strategiyaları daxildir. Bu yolda HR profesionallar konsultant rolunda çıxış edirlər. Onlar menecerlərə msələhətlər və təkliflər verirlər.  İşçilər və şirkətin öz məqsədinə çatması üçün straeji rəy və təkliflərini rəhbərliyə bildirirlər.
Əməkdaşlıq Şirkətin bütün səviyyələrində menecerlərlə HR professionallar birgə işləyirlər ki, işçilərinin bacarıqlarını inkişaf etdirsinlər. Nümunə olaraq, HR profesionallar menecerlər və supervayzerlərə işçiləri müxtəlif rollara təyin edilmə yolunu, mexanizmini anladaırlar. Bununla da şirkətin müxtəlif situasiyalarında işçilərin fərqli mühitlərə öyrəşməsinə kömək olurlar. Dəyişkən şirkətlərdə işçilər biznes prioritetlərinə əsasən müxtəlif cür yerdəyişmə edirlər.
Daxili məsuliyyətin formalaşması HR professionallar həmçinin, işçi məsuliyyətinin formalaşmasının vacibliyini vurğulayırlar. İşçi özündə iş məsuliyyəti hiss etməlidir. Bu isə rekrutment prosesini tətbiq etməklə və ya işçiləri düzgün yerlərində oturtmaqla baş tuta bilər.  

Məhsuldarlığın formalaşması

HRM komandası biznesə rəqabətli üstünlük qazanılmasına yardımçı olur, bu isə özündə bir şirkətin müştərilər üçün nadir məhsul təqdim etməsini və şirkətin məhsuladrlığını və gücünü formalaşdırmasını birləşdirir. Effektiv insan resursları formalaşdırmaq üçün, şirkətlər bir birilərilə talant uğrunda “müharibə” edirlər. Bu sadəcə talantlı işçini əldə etmək mövzusu deyil, bu işçiləri şirkətdə saxlamaq, özlərini inkişaf etdirməsi və şirkətə töhfə vermələrini formalaşdıran bir oyundur.